İcra başçısı Söyüdlüyə gedib sakinlərlə görüşdü - video

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov Söyüdlü kəndi ərazisində yeni süni gölün tikintisinə etiraz edən sakinlərlə görüşüb.

İcra başçısı kəndə gedərək sakinlərlə söhbət aparıb.

Orxan Mürsəlov jurnalistlərə bildirib ki, gölün suyunun zəhərli olub-olmaması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib: “Bu məsələyə mütəxəssislər rəy verə bilər, müvafiq nümunələr götürülərək yoxlanılacaq. Biz də aidiyyəti qurumlara bununla bağlı müraciət etmişik, məsələ qaldırmışıq ki, gölün suyunun tərkibi yoxlanılsın”.

İcra başçısı Söyüdlü kəndində xərçəng xəstəliyinin kütləvi yayılması, uşaqların əlil doğulması kimi məlumatların həqiqətə uyğun olmadığını bildirib.

O həmçinin qeyd edib ki, göl fəaliyyətini başa vurduqdan sonra üzəri torpaqla örtüləcək və ərazi əvvəlki vəziyyətinə qaytarılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ