Azərbaycanda məktəbliləri aparan mikroavtobus aşdı: Ölən var - YENİLƏNİB

Təhsil Nazirliyi Salyanda məktəblilərin yol qəzasına düşməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Buta.media-ya verilən məlumata görə, Salyan rayonu ərazisində Gənclər və İdman Nazirliyinin tabeliyində olan Şirvan şəhər Uşaq-Gənclər İdman məktəbinin idmançılarını daşıyan mikroavtobus qəzaya uğrayıb.

"Qəza zamanı Şirvan şəhəri 16 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi İlkin Əhmədov dünyasını dəyişib, xəsarət alan 8 nəfər isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 4 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər 2 nəfərin vəziyyəti normaldır və həmin xəstəxanada müalicələri davam etdirilir. 1 nəfər isə kəllə-beyin travması ilə Bakı şəhərinə gətirilib. Təhsil Nazirliyinin nümayəndəsi Salyan Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb. Avtoqəzada həlak olan İlkin Əhmədovun ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik" - deyə nazirliyin məlumatında qeyd olunub.

14:51

Salyanda baş verən qəzada ölən şəxsin kimliyi bəlli olub

Buta.media ONA-ya istinadən xəbər verir ki, qəza zamanı Şirvan şəhər sakini, 11 yaşlı Əhmədov İlkin Adil oğlu hadisə yerində ölüb.

O, avtomobilin sürücüsü və məşqçi Samir Əhmədovun əmisi nəvəsidir 

Yaralanan şəxslər bunlardır:

Ağayev Ülvi Dostum oğlu (2008)

Kazımov Fərid Saleh oğlu (2008)

Əzizov Hüseyn Əliağa oğlu (2005)

Əhmədov Kamal Samiroğlu (2007)

Əhmədov Samir Əhməd oğlu 1980 (sürücü və məşqçi)

Səfərov Murad Əhməd oğlu (2008)

Ramazanov Adəm Seymur oğlu (2008)

Kazımov Əli İntiqam oğlu (2007)

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, onlardan 7-nin vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir. Yaralılardan Ramazanov Adəm Seymur oğlu kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

09:59

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən 72-ci kilometrində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Buta.media xəbər verir ki, Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Şirvan şəhərindən yeniyetmə güləşçiləri Cəlilabad şəhərində keçiriləcək yarışa daşıyan “Mercedes Vito “ markalı, 90 SL 765 dövlət nömrə nişanlı mikroavtobus idarəetməni itirərək aşıb.

Hadisə nəticəsində avtomaşında olan 11 yaşlı güləşçi dünyasını dəyişib, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Hadisə barədə əlavə məlumat veriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ