Bakıda kişinin azyaşlıya qarşı seksual hərəkətlər etdiyi iddia olunur - video

Bakıda pedofilin uşağı qorxutduğu iddia edilir.

Bu barədə şikayət Media.az informasiya agentliyinin redaksiyasına daxil olub.

Şikayətçi Binəqədi rayonu Rəsulzadə qəsəbəsinin sakinidir.

Qəsəbə sakini bildirib ki, pedofil onun qızını qorxudub.

Kişinin dediyinə görə, naməlum şəxs qəsəbədəki evlərdən birinin həyətinə gələrək uşaqların oynamasını izləyib:

“O, bir müddət mənim velosiped sürən qızımı güdüb, daha sonra uşağın qarşısını kəsərək ona öz cinsiyyət orqanını göstərməyə başlayıb. Uşaq qorxub və sürətlə evə tərəf hərəkət edib. Rastlaşdığı adamın davranışından qorxuya düşən uşaq bizə başına gələnləri danışdı. Biz isə dərhal nəzarət kameralarının vasitəsi ilə həmən şəxsin kimliyini müəyyən etməyə qərar verdik”.

Qeyd edək ki, videoda 35-40 yaşlı kişinin velosiped sürən qızın arxasınca getdiyi, daha sonra qorxmuş uşağın cəld ondan qaçdığı əks olunub.

Artıq qızın valideynləri baş vermiş insidentlə bağlı polisə orqanlarına müraciət ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ