Quyruğu kəsilmiş pişik Bakda xilas edildi - VİDEO

Sosial şəbəkələrdə Bakının 158 nömrəli məktəbi yaxınlığında pişik balasına qarşı vəhşilik edilməsi barədə xəbərlər yayılmışdı.

Xəbəri paylaşan Günel Xəzəl adlı izləyizi pişiyin Kamal Yaşar adlı aktyor tərəfindən xilas edilərək, baytar həkiminə aparıldığını qeyd edib.

Həmçinin bildirilib ki, pişik balasını bu hala insanlar salmayıb, o  gecə isinmək üçün avtomobilin mühərrikinə girdiyinə görə, bu vəziyyətə düşüb.

Hər bir halda sosial şəbəkə istifadəçiləri yaralı bir canlıya qarşı həssaslıq göstərib, yardım edən iki insana təşəkkürlərini bildiriblər.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ