Qaradağda zəncirvari qəza: 20-yə yaxın avtomobilə ziyan dəyib - video

Qaradağda zəncirvari qəza olub, xəsarət alanlar var.

Hadisə bu gün saat 13:45 radələrində Bakı-Qazax yolunun 30-cu km-də qeydə alınıb.

Belə ki, iki yük avtomobilinin toqquşması nəticəsində yük avtomobillərinin sürücüləri idarəetməni itirib və nəticədə avtomobillərdən biri “Qaradağ” marketin önündə dayanan digər nəqliyyat vasitələrinə çırpılıb.

Qəza nəticəsində ilkin məlumata əsasən ölüm halı baş verməyib, 2 nəfər xəsarət alıb, 20-yə yaxın avtomobilə maddi ziyan dəyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ