Tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu gün səhər saatlarında Kəlbəcərdə vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, onun yaxınları Z.Hüseynzadənin vatsapda statusunu sosial şəbəkədə paylaşıblar.
Statusda mərhumun doğma yurdundan şəkil paylaşdığı öz əksini tapıb.
Qeyd edək ki, 52 yaşlı jurnalist Kəlbəcərin Başlıbel kəndindəndir. O, doğma yurduna ziyarətə gedibmiş. Z.Hüseynzadənin ürəktutmadan vəfat etdiyi bildirilir.