Sərnişin avtobusu betonqarışdıran avtomobillə toqquşub - video

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Aşağı Quşçu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Ətraflı

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “DAF” markalı betonqarışdıran avtomobillə “Daewoo” markalı sərnişin avtobusunun toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, qəza zamanı 1 nəfər xəsarət alıb.

Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən betonqarışdıran avtomobilin yanacaq çəninin zədələnməsi nəticəsində ətrafa dağılmış yanacaq yuyularaq mümkün yanğın-partlayış hadisəsinin qarşısı alınıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ