Tanınmış jurnalist Kəlbəcərdə qurduğu çadırda vəfat etdi

"Moderator" saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu sabah Kəlbəcərdə vəfat edib.

Əslən Kəlbəcərin Başlıbel kəndindən olan Zülfüqar bəy doğma yurduna ziyarətə gedibmiş.

Alaçıq quraraq, gecəni kənddə keçirdən jurnalistin sabaha yaxın səhhəti qəfil pisləşib və o, ürəktutmadan vəfat edib.

Z. Hüseynzadənin 52 yaşı vardı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ