Bakıda əfsanəvi Hard Rock Kafe bağlandı - foto

Bu gün bakılılar gözlənilməz faktla üzləşiblər - paytaxtın mərkəzində yerləşən Amerika restoranı “Hard Rock Cafe” bağlanıb.

Restoran fəaliyyətini dayandırıb.

Sosial şəbəkələrdə göstərilən nömrə ilə restoran işçiləri ilə əlaqə saxlamağa çalışsaq da, zəngə cavab verən olmadı.

Maraqlıdır ki, restoranın “Facebook” səhifəsində sonuncu yazı beş gün əvvəl yerləşdirilib. Açılış saatları bölməsində restoranın “həmişəlik bağlandığı” bildirilir.

“Hard Rock Cafe”nin bağlanmasının səbəbləri məlum deyil. Restoranın yerində başqa bir obyekt fəaliyyət göstərəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ