Kürdə üç nəfər batıb

Kür çayının Neftçala rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində üç nəfər batıb.

Bu barədə FHN məlumat yayıb.

Məlumatda bildirilir ki, iyunun 16-da axşam saatlarında Kür çayının Neftçala rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində batan 3 nəfərdən ikisinin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ