İlham Əliyevlə Pakistanın baş naziri arasında maraqlı dialoq - video

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 14-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. İyunun 15-də o, Prezident İlham Əliyevlə görüşüb.

Bu görüşdə ən yaddaqalan məqamlardan biri Azərbaycanın dövlət başçısı ilə pakistanlı baş nazir arasında rus dilində keçən dialoq olub. Bununla bağlı KİV-də kadrlar yayılıb. 

Şahbaz Şərifin rus dilini bilməsi öz ölkəsində də sürpriz olub, bu səbəbdən kadrlar Pakistan mediasında və sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ