“Mən qanuna dəyişikliyə səs verməyəcəkdim. Nazirin açıqlamasına görə (rəqəmsal inkişaf və nəqliyyat naziri – Rəşad Nəbiyev) camaat içində çaşqınlıq yaranmışdı”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Aqil Abbas Milli Məclisin iclasında bildirib.
“Necə yəni taksi əlçatan olmamalıdır? Taksi yox, vertolyot əlçatan olmalıdır? Bu nə açıqlamadır?! Amma komitə sədri Tahir Mirkişili qanuna dəyişikliyi elə izah etdi ki, mən fikrimdən daşındım və dəyişikliyə səs verəcəm”, - deyə deputat qeyd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirmişdi ki, taksi qiymətləri birmənalı şəkildə qalxacaq: “Dünyanın heç bir yerində belə taksi qiymətləri yoxdur”.