Ötən gün sosial şəbəkələrdə məzun olan gəncin kuryer işlədiyi motosikletlə çəkilən görüntüsü gündəm olmuşdu.
Fotonun müəllifi olan fotoqraf Azər Azadoğlu bu anların necə ərsəyə gəlməsindən danışıb.
O qeyd edib ki, fotodakı şəxs Binəqədi ərazisindəki məktəblərin birində məzun olan Vüsaldır. Fotoqraf fotonu çəkdikdən sonra Vüsaldan icazə alıb və onun fotosunu paylaşıb:
“Onun atası vəfat edib. Ailədə 6 övlad - 2 qardaş, 4 bacıdırlar. Vüsal işləməyə məcbur olub. Mən ona təklif etdim ki,mənimlə çalışsın. Kuryerlik daimi iş deyil, əziyyətlidir. Əlimdən gəlsə, ona fotoqraflığı öyrədəcəyəm“”.