ABŞ Bayramov və Mirzoyan arasında nəvbəti görüşü səbirsizliklə gözləyir

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təxirə düşməsi sırf iş qrafiki ilə bağlı idi”.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.

“Tərəflər Cənubi Qafqaz regionu üzrə dinc dialoqu davam etdirdiyi üçün biz danışıqların növbəti raundunun Vaşinqtonda keçirilməsini səbirsizliklə gözləyirik. Daha əvvəl dediyimiz kimi, biz inanırıq ki, məsələlərin həlli üçün birbaşa dialoq çox vacibdir. İnanırıq ki, razılaşma əldə edilə bilər. Təəssüf ki, bu görüş planlaşdırma problemlərinə görə irəliləyə bilmədi və biz onu mümkün qədər tez yenidən planlaşdırmağı səbirsizliklə gözləyirik”, Dövlət Departamentinin sözçüsü deyib.

Qeyd edək ki, iyunun birinci yarısında Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmuşdu.

Xatırladaq ki, mayın 1-də ABŞ-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş keçirilib. Bundan sonra 2 ölkənin xarici işlər nazirlərinin ikitərəfli görüşü keçirilib. Danışıqlar mayın 2-də və 3-də ikitərəfli formatda davam etdirilib. Danışıqların yekun mərhələsi mayın 4-də baş tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ