Azərbaycan əhalisinin sayı açıqlanıb

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında hesablanmış əhalinin sayı 2023-cü il may ayının 1-i vəziyyətinə 10143521*) nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında ölkə üzrə 37159 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,1-dən 11,1-ə düşüb.

Bildirilib ki, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulan körpələrdən 1122-si əkiz, 63-ü üçəm olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ