Bakıda avtobusu yük maşını ilə toqquşub: xəsarət alanlar var

Bakıda avtobus qəzası baş verib.

Buta.media xəbər verir ki, ONA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Sabunçu-Zabrat yolunda qeydə alınıb.

"İsuzu" markalı xətt avtobusu "Qazel" markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən yük maşını yol kənarındakı obyektə girib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Pərviz Abubəkirovun ONA-ya verdiyi məlumata görə, qəzada xəsarət alan 3 qadın və 3 kişi 3 № li Şəhər Klinik Xəstəxana yerləşdirilib.

Xəsarət alanlardan 2-nin durumu ağır, 4-nün durumu orta-ağırdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ