“Süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz” - deputat

““Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi çoxdandır Milli Məclisə təqdim olunub”. 

Bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin iclasında bildirib.  

Millət vəkili düşünür ki, bu, bizim milli mentalitetə uyğun qanun layihəsi deyil: “Süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz. Əgər biz bu məsələyə hüquqi, tibbi və teoloji nöqteyi-nəzərdən baxsaq, mən teoloji tərəfdən baxanlardanam. Allah qismət etməyibsə, bunun əleyhinə getmək olmaz.

Bu layihəni müzakirə etməyin heç bir yeri yoxdur. Başqa ölkələrdə bunu tətbiq edirlərsə, etsinlər. Görürsən ki, Rusiyada bir adam 40 uşaq dünyaya gətirir. Azərbaycana bunu tətbiq etməyin".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ