Sumqayıtda zavodda güclü yanğın - Video

Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ