Gənclər Dənizkənarı Bulvarda olan dekorativ bitkilərə ziyan vururlar.
Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, görüntülərdə oğlanın alışqanla kaktusun yarpağını yandırması əks olunub. Kənardan digər şəxs ona bunun yanlış olduğunu desə də, gənc oğlan buna məhəl qoymur.
Görüntülər sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Dənizkənarı Bulvar İdarəsinin Mühafizə Xidmətinin əməkdaşları ərazidə xidmət aparsalar da, nədənsə bu məqamları görmürlər...
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva ilə əlaqə saxlanılıb. Mətbuat katibi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan videogörüntülər araşdırılacaq.