Azərbaycanda koronavirus: bir yeni yoluxma qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada bir yeni yoluxma faktı qeydə alınıb, müalicə olunaraq sağalan olmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 881 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 581 nəfər müalicə olunaraq sağalıb, 10 280 nəfər vəfat edib, aktiv xəstə sayı 20 nəfərdir.

Ölkədə son sutka ərzində 858, hazırkı dövrədək isə 7 632 414 test aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ