Şəhid qardaşını avtomobilini düzgün park etmədiyinə görə döydülər - video

Sumqayıtda 21 yaşlı gənc döyülüb.Belə ki, şəhər sakini Səlcuq Bayramov gecəqondu məhəlləsində avtomobil təmiri mərkəzinin qarşısında döyülüb.

Mübahisənin səbəbi avtomobilin düzgün park edilməməsi olub. Hadisə nəticəsində S.Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, Səlcuq Bayramov Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun qardaşıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ