Azərbaycanda koronavirus: iki yeni yoluxma qeydə alınıb

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada infeksiyaya 2 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 2 nəfər sağalıb. Vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 880 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 581 nəfər müalicə olunaraq sağalıb, hazırda 19 aktiv xəstə var. Bu günə qədər 10 280 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 651, bu günə qədər isə ümumilikdə 7 631 556 test icra olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ