İraqda 14 yaşında ərə gedən azərbaycanlı: Türmədə uşağım oldu - video

Saxta dini ideologiya uğrunda vuruşmağa gedən ailələrin övladlarının əzabları onlara bir ömür yetər. Uşaqlığını yaşamadan, erkən yaşda ata sevgisindən, ana qayğısından məhrum olurlar.

Uzun illərdir ki, terror qruplaşmalarına qoşulan uşaq və qadınların ölkəmiz tərəfindən Vətənə qaytarılması və reabilitasiyası həyata keçirilir.

Təqdim edəcəyimiz süjetdə İraqdan gətirilən 2 soydaşımızın acı taleyindən söz açılır..

İTV-yə açıqlama verən İŞİD-in azərbaycanlı qurbanlarından biri əslən Zaqataladan olduğunu deyib:

“Əvvəlcə Bakıdan Türkiyəyə getdik. 13 yaşında evləndikdən sonra yoldaşımla İraqa getdim. Evlənən zaman İraqa gedəcəyimizi bilmirdim. Sonra mənə dedi ki, İraqda şərtlər daha yaxşıdır. Təyyarənin bombardmanı zamanı ərim öldü.

Yoldaşım öləndən sonra orada vəziyyət pisləşmişdi. Sonradan biz “Peşmərgə” qüvvələrinə təslim olduq. Onalr da bizi İraq dövlətinə təslim etdi”. 

İŞİD-in daha bir qurbanı olan qadın da danışıb və həbsxanada olarkən övladı olduğunu deyib:

“2016-cı ildə 14 yaşım olarkən azərbaycanlı ilə evlənmişdim. Sonra türmədə uşağım oldu. Bombardman zamanı yoldaşımı itirdim”. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ