Bayılda evlərdən birinin üzərinə qaya parçası düşüb - Video

Bayıl qəsəbəsində dərədə tikilən evlərin birinin üzərinə qaya parçası düşüb.

Xoşbəxtlikdən həmin ərəfədə ev sahibləri mənzildə olmayıblar. Bu hadisədən sonra ərazidə yaşayan digər sakinlər də narahat olublar. Çünki hadisənin yenidən təkrarlanacağı təqdirdə sağ qalacaqlarına ümid etmədiklərini bildirirlər.

Xezerxeber.az-ın məlumatına görə, hadisə iyun ayının 6-sı baş verib.

2004-cü ildən bəri ərazidə yaşayan sakinlər bildirirlər ki, təpələrdən daşların yuvarlanıb evlərə sarı gəlməsi nadir hal olsa da, əvvəllər yaşanıb.

Ev sahibi isə aidiyyəti qurumların hadisəyə biganə yanaşmasından şikayətçidir.

Məsələ ilə bağlı Fövqəladə Hallar Naziriyindən “Xəzər Xəbər”ə bildirilib ki, quruma bununla bağlı müraciət daxil olub. Ancaq insan faktoru təhlükəsi olmadığına görə aidiyyəti üzrə rayon icra hakimiyyətinə yönəldilib.

Səbail Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən ünvana bir müddət əvvəl yerində baxış keçirilib və lazımi qurumlara rəsmi müraciət olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ