Vətəndaş məmur qapısında elə üz görür ki, əlini hər şeydən üzür - millət vəkili

“Müdafiə məsələsi təkcə ordunun güclənməsi deyil. Müdafiənin iki başı var. Ölkənin içi də güclənməlidir”. 

Bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin növbədənkənar iclasında bildirib.

“Əhaliyə elə şərait yaradılmalıdır ki, ordu ilə yanaşı hər bir vətəndaş vətəni üçün əsgər olmağa hazır olsun. Məmurların vətəndaşlara münasibətində, sosial məsələlərdə, işsizlik məsələlərində və s. sahələrdə ciddi problemlər var. Neçə ildir deyirik, dağ kəndlərində qaz olmadığına görə meşələr qırılır. Büdcədən bu məsələyə nə qədər pul ayrılmalıdır ki? Niyə uzadırsınız bunu? Digər məsələ qazilərin işsizliyi ilə bağlı mövzulardır. Bu məsələnin özü də müdafiəyə aiddir”, - deyə deputat qeyd edib.

Sabir Rüstəmxanlı vurğulayıb ki, vətəndaş məmurdan düzgün rəftar görmür:

“Məmur qapısında elə rəftar, elə üz görür ki, vətəndaşın əli hər şeydən üzülür. Bir ailə uşağını bağçaya qoymaq üçün İcra Hakimiyyətindən tut, ən alt qurumlara qədər qapılarda qalır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ