Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Bu barədə görüntüləri Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yayıb.
Görüntülərdən aydın olur ki, yolayrıcının səhv keçən avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub və ikinci maşın qaydaya əməl edib, piyada keçidindən istifadə edən qadını vurub.
Yol-nəqliyyat hadisəsi iyunun 2-də Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində baş verib.
“Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha sürücü və piyadaları yollarda diqqətli olmağa çağırır”, - NİİM-dən bildirilib.