Azərbaycanda uşaqlar arasında ən populyar mobil tətbiqlər açıqlandı - TOP 10

Uşaqların mobil cihazlar üzərindən ən çox ziyarət etdiyi tətbiqlər “YouTube”, “WhatsApp”, “TikTok”dur.

“Kaspersky Azərbaycan” ötən il ölkədə uşaqların ən çox istifadə sosial şəbəkələr açıqlanıb.

2022-ci ilin mayından 2023-cü ilin aprelinə qədər ən çox vaxt sərf etdikləri mobil tətbiqləri təhlil edib və ən populyar on tətbiqin istifadəsinə sərf olunan ümumi vaxtın üçdə birindən çoxu (36%) “YouTube”un payına düşüb. Təxminən beşdə birini (21%) “WhatsApp”, digər 13 faizini isə “TikTok” zəbt edir. Azərbaycandakı ilk üçlük qlobal üçlüklə üst-üstə düşür.

Həmçinin, ölkədəki ilk onluğa “Roblox” (8%), “Brawl Stars” (4%) və “PUBG Mobile” (1,5%) oyun tətbiqləri, “Telegram” (2%) və “Snapchat” (1%) messencerləri, “Instagram” sosial şəbəkəsi (7%) daxildir.

Bundan başqa, “Kaspersky” azərbaycanlı uşaqların “iOS” və “Android” əməliyyat sistemləri ilə çalışan mobil cihazlardan hansı vebsaytlara daxil olduqlarını təhlil edib və onların daha çox multimedia-əyləncəli videolarla maraqlandığını müəyyən edib. Şirkətin statistikasına görə, bu resurslar uşaqlar tərəfindən ziyarət edilən bütün resursların 40%-ni təşkil edir. Uşaqlar tərəfindən oyun proqramlarına giriş 8% olub.

Axtarışlara gəldikdə...

Ümumi qlobal axtarış sorğusunda uşaqlar ən çox “YouTube”da əyləncə, çağırışlar və həyat tərzi ilə bağlı (19%) blogger və ya kanal adlarını axtarıblar. İkinci yerdə cizgi filmləri, televiziya şouları və animasiyalar (17%), üçüncü yerdə isə musiqi ifaları və oyun bloggerləri (15%-dən çox) qərarlaşıb. Ən çox izlənən cizgi filmləri siyahısında “Ledi Baq və Super Pişik”, filmlər arasında “Super Mario Qardaşları”, “Qara Pantera: Vakanda Əbədidir”, “Rok it 3: Bit üçün döyüş” yer alıb.

“Bizim statistik məlumatlar təsdiqləyir ki, əgər bir neçə il əvvəl uşaqlar oyun üçün əsasən kompüterdən istifadə edirdilərsə, indi tendensiya mobil qadcetlərə doğru dəyişib. Bundan əlavə, Azərbaycanda uşaqlar masaüstü cihazlardan daha çox smartfonlardan böyüklər üçün nəzərdə tutulan (18+) səhifələrə daxil olmağa çalışırlar. Valideynlərə tövsiyə edirik ki, tez-tez övladları ilə onlayn təhlükəsizlik tədbirləri, məxfilik parametrləri və niyə internetdə yad adamlara həddən artıq etibar etməməli olduqları barədə danışsınlar, uduş, asan qazanc vəd edən cəlbedici təklifləri qəbul etməsinlər”, - deyə “Kaspersky”nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ