Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakıda 3-4 yaşlarında uşağının əlinin ət çəkən maşının içində qalmasına dair məlumat daxil olub.
Buta.media xəbər verir ki, BAKU.WS-in məlumatına görə, dərhal çağırış ünvanına cəlb edilən xilasetmə qüvvələri xüsusi alətlərlə ət çəkən maşını kəsərək uşağı xilas ediblər.
Xilasetmə əməliyyatından görüntünü təqdim edirik: