Azərbaycanda kişi ticarət mərkəzində arvadını və özünü bıçaqladı - VİDEO

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Buta.media Report-a istinadən məlumat verir ki, "Cavid Mall" ticarət mərkəzinin qarşısında həyat yoldaşı ilə mübahisə edən kişi ona bir neçə bıçaq zərbəsi vurub, ardınca isə özünü bıçaqlayıb.

Hadisənin nə üstündə törədildiyi məlum deyil. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda zərərçəkmişlərin şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ