Tərtərdə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Seydimli kəndi yaxınlığında baş verib.
Belə ki, 66-BK-325 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobil yol kənarında ağaca çırpılıb və zərbənin təsirindən maşın iki hissəyə ayrılıb.
Hadisə nəticəsində iki nəfər vəfat edib.