Saatlıda hamilə qadını döyüldü - foto

Saatlı rayonunda hamilə qadın döyülüb.

“Qafqazinfo” xəbər verir ki, hamilə olan T.Məmmədova ağır vəziyyətdə Abşeron Rayon Xəstəxanasına yerləşdirilib.

T.Məmmədovanın yaxınları onun əri Təbriz Orucov, qayınanası və qardaşı tərəfindən vəhşicəsinə döyüldüyünü iddia ediblər:

“Həkimlər qadının ağır xəsarətlər aldığını, hamiləliyinin davam etdirilməsinin riskli olduğunu bildiriblər. Saatlı polisindən bizimlə əlaqə saxlayıb yenidən rayona qayıdıb orada müayinədən keçirməyimizi deyiblər”.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, hadisə ilə bağlı Saatlı RPŞ-də müvafiq araşdırmalar aparılır: “Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Hamilə qadının qohumlarının sözlərinə görə, Təbriz Orucov müharibə iştirakçısıdır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ