Azərbaycanda koronavirus: 9 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 812 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 451 nəfər müalicə olunaraq sağalıb, hazırda 88 aktiv xəstə var. Bu günə qədər 10 273 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 1 160, hazırkı dövrədək isə 7 617 895 test aparılıb.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 101 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 66, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 12, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 964 824, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 388, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 717, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 502, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 217 nəfər təşkil edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ