Tovuz sakini minaya düşdü

Bu gün səhər saatlarındaTovuz rayonunun Əlibəyli kəndində mina partlayışı baş verib.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, kənd sakini Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.

Onun sol ayağından xəsarət aldığı bildirilir. Hazırda xəstəxanada müalicəsi davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ