Azərbaycanda sürücülük vəsiqələrinin verilməsi dayandırıldı

Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində problemlər yaranıb.

Buta.media Finans.az-a istinadən xəbər verir ki, vəsiqə ilə bağlı müraciət edən şəxslər onlara sürücülük vəsiqəsi əvəzinə blank formasında arayış verildiyini bildirir.

Məsələni araşdırmaq üçün "ASAN Xidmət"ə edilən müraciətə cavab olaraq problemin mövcudluğu təsdiqlənib. Xidmət nümayəndəsi bütün respublikada sürücülük vəsiqələrinin bitdiyini bildirilib: 

"Sürücülük vəsiqələri bütün "ASAN xidmət" mərkəzləri üzrə bitib. Sürücülük vəsiqəsini əvəz edən blank formasında arayış təqdim olunur. 1 ay ərzində həmin arayış keçərlidir. 1 aydan sonra müraciət edib, arayışı sürücülük vəsiqəsi ilə bərpa edə bilərsiniz. Bütün respublika üzrə sürücülük vəsiqələri bitib", -deyə xidmət mərkəzindən sorğumuza cavab verildi.

Qeyd edək ki, vətəndaşlar problemin plastik çatışmazlığından ortaya çıxdığını iddia edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ