Şənbə gününün hava proqnozu açıqlanıb

Mayın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın temperaturu gecə 15-19 dərəcə isti, gündüz 25-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağışda fasilə olacaq. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 10-15 dərəcə, bəzi yerlərdə 18-20 dərəcə isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ