"Hamı sözünü deputata deyir, bəs deputat üzləşdiyi problemi kimə deməlidir? Bu gün mənim yaşadığım binanın yarısını kimlərsə hostelə çevirməklə, orada insan alveri, əxlaqsızlıq yuvaları yaradır”.
Buta.media modern.az-a istinadən xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentin iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, qanunvericiliyə əsasən, çoxmənzilli binaların müəyyən qisminin hostellərə çevrilməsi gerçəkləşib.
"İndi biz bunun acı nəticəsini yaşamaqdayıq. Bununla da olan-qalan abrımızı itiririk. Müraciət etmədiyimiz yer qalmayıb. Nəticəsi yoxdur. Odur ki, binanın sakinləri oradan köçmək məcburiyyətindədir. Buna bir çarə qılınsın və qarşısı alınsın. Hostellər üçün ayrıca girişlər olmalıdır”.