Azərbaycanda ilk dəfə - Hava şarları Festivalı

İyunun 17-18-də Azərbaycanda ilk Hava şarları Festivalı (Balloon Festival) keçiriləcək.

Festivalın Təşkilat Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Şamaxı şəhərində keçiriləcək tədbirin ilk günü-iyunun 17-də layihənin iştirakçılar üçün təqdimatı olacaq, hava şarları, uçuş barədə məlumat veriləcək, əyləncə proqramı olacaq. 

İyunun 18-də isə Şamaxının Meysəri kəndi üzərindən səmaya müxtəlif rəngdə, fərqli forma və dizaynda hazırlanmış hava şarları qalxacaq. Uçuş Şamaxının tarixi və müasir mənzərəli yerlərini əhatə edəcək.  Hava şarlarını beynəlxalq sertifikatlı pilotlar idarə edəcək. 

Ənənəvi keçirilməsi nəzərdə tutulan hava şarları festivalının birinci ilinə giriş dəvətnamə ilə olacaq. Festivalın sonunda iştirakçılara uçuşdan xatirə olaraq sertifikatlar veriləcək. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ