Azərbaycanlılara ən yaxın olan ölkələr - sorğu

Sosial Araşdırmalar Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, Azərbaycan vətəndaşlarının 83,6 faizi türk ölkələrini özünə ən yaxın ölkə hesab edir.

Azərbaycan vətəndaşlarının 12%-i islam ölkələrini ən yaxın, 8,6%-i isə postsovet ölkələri hesab edir.

Respondentlərin 6,5%-i qonşu ölkələri ən yaxın, 2,1%-i Qərb ölkələrini adlandırıb. Respondentlərin 1,8%-i özünü heç bir ölkəyə yaxın hiss etmədiyini, 1,6%-i cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Sorğu mayın 14-17-də yaşı 18-dən yuxarı olan 384 respondent arasında keçirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ