Əliyev-Paşinyan görüşünün yekununa dair iki sənəd imzalana bilər

Cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev Moskvaya işgüzar səfərə gedib. Burada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçiriləcək. 

“Kommersant” yazır ki, görüşünün yekunlarına görə iki sənəd imzalana bilər. Bu sənədlərin razılaşdırılması mayın 24-də bütün gün davam edib.

Birinci sənədi baş nazirin müavinləri hazırlayıb - nəqliyyat kommunikasiyalarının açılması haqqında.

İkinci sənəd Əliyev, Paşinyan və Putinin beşinci birgə bəyanatıdır. Ekspertlərin fikrincə, ikinci sənədin əsas məqamı Ermənistan və Azərbaycanın qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünün tanıması olacaq.

Birinci sənəd bir tərəfdən Ermənistanla Qarabağ arasında, digər tərəfdən isə Naxçıvanla Azərbaycanın arasında kommunikasiyaların bərabər statusunu təsdiq etməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ