Bakıda narkotik alveri ilə məşğul olduğu üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılan baş redaktor Şəfəq Ağacan bu gün məhkəmə qarşısına çıxarılacaq.
Buta.media-nın xəbərinə görə, bu barədə onun “Facebook” səhifəsində yazılıb.
Ş.Ağacanın adından yazılan məlumatda qeyd olunub ki, proses Xətai Rayon Məhkəməsində baş tutacaq.
Bundan başqa, Ş.Ağacana böhtan atıldığı iddia olunur:
“Düşünürəm ki, yanıma planlı yerləşdirilən bir işçimin yardımıyla mənə böyük bir böhtan atılıb və şərlənmişəm. Mən həmişə narkomaniya bəlasına qarşı olan biri olmuşam.
Uzun müddətdir də xəstəlikdən əziyyət çəkirəm və səhhətim yerində deyil”.