Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə ilkin məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
APA-nın məlumatına görə, Kürdə batan şəxs Şirvan sakini, 2010-cu il təvəllüdlü İsgəndərov Yusif Ramil oğludur.
O, Kür çayının Şirvan ərazisindən keçən hissəsində çimərkən boğulub.