"Kənddən gəlib təhsil alıb geri qayıtmaq istəyənlərin sayı azdır. Bu gün müəllim peşəsini seçib bitirənlər arasında ucqar dağ kəndlərini, rayon məktəblərini seçən gənc müəllimlərin sayı gündən-günə artır. Bu da müəllim nüfuzunun artmasından xəbər verir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.
Komitə sədri bildirib ki, müəllimlərin maaşı kifayət qədər artırılır:
"Diaqnostik qiymətləndirmə, sertifikasiya var. Bilik və bacarıq əsas meyardır. Nə qədər yüksək nailiyyət göstərəcksən, o qədər sosial təminat alacaqsan".