Deputat şans oyunlarının vergiyə cəlb olunmasını təklif edib

“Bu gün vergiyə cəlb edilməli sahə şans oyunlarıdır. İnsanlar üçün Azərbaycanda qeydiyyatdan keçən şanslı lotereyalar yaratmaq olar. Xaricdə qeydiyyatdan keçmiş şirkətlər ölkəmizə axın edib, insanlarımız müflis olur, vətəndaşlarımızı aldadırlar”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, şans lotereyaları sosial şəbəkələri bürüyüb: 

“Bunun qarşısını almaq lazımdır. Küllü miqdarda pul xaricə axır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ