Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov üzü tanınmaz hala düşən Ağdaş rayon sakini Ramin Məmmədova yardım edəcək.
Buta.media-nın məlumatına görə, bu barədə iş adamı Yeniavaz.com-un əməkdaşına şəxsən özü xəbər verib. M. Mənsimov sabah Ramin Məmmədovla əlaqə qurulacağını və Türkiyəyə aparılacağını deyib: "Mutlaka yardım edeceğim. İnşallah yarın onu arayacaklar və İstanbula getirecekler".
Xatırladaq ki, R. Məmmədovun üzünün sol nahiyəsində böyük şiş əmələ gəlib. Getdikcə daha da böyüyən şiş onu tanınmaz hala salıb. Bakıda fəhləliklə pul qazanan R. Məmmədov artıq uzun müddətdir xəstəlik səbəbilə işləyə bilmir