Lənkəran Mərkəzi Xəstəxanasında ana ölümü baş verib.
Buta.media-nın məlumatına görə, rayon sakinlərinin Modern.az-a bildirdiyinə görə, Osaküçəkənd sakini, 1979-cu il təvəllüdlü Quliyeva Vəfanə Kərim qızı mayın 1-də xəstəxananın doğuş şöbəsində qeysəriyyə əməliyyatı olunub. Lakin həkim səhlənkarlığı səbəbindən daxili qanaxmaya diqqət edilməyib.
Vaxtında qiymətləndirilməyyən qanaxmanın dayandırılması üçün ananın 2 may tarixində iki dəfə təkrar cərrahi əməliyyata götürüldüyü bildirilir.
Mayın 2-dən 3-nə keçən gecə isə Quliyeva Vəfanə dünyasını dəyişib.
Bildirilir ki, ana öz ayağı ilə doğuş şöbəsinə girib, daxil olarkən heç bir əlavə xəstəliyi olmayıb. Körpənin isə sağ-salamat olduğu qeyd edilib.