Xuliqanlıq əməli törətmiş cinsi azlıq nümayəndələri polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, xuliqanlıq hərəkətləri ilə müşahidə olunan hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır:
“Həmin şəxslər saxlanılıb və araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq. Baş verən hadisə şəxsi münasibətlər zəminindədir. Əlavə məlumat veriləcək”.
10:57
Bakıda bir qrup şəxs gecə saatlarında ictimai asayişi pozub.
Bu barədə Baku.ws görüntülər yayıb.
Hadisə “Qara Qarayev” metro stansiyasının yaxınlığında yerləşən restoranlardan birinin qarşısında baş verib.
İctimai asayişi pozan şəxslərdən bir neçəsi söyüş söyərək qalmaqal yaradıb. Hətta biri dəyənəklə polis əməkdaşına zərbə endirib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.