Azərbaycanda bulaq suyundan istifadəyə qadağa qoyulur

“Bəzi rayonlarda bulaqların suyu həyətlərə çəkilir. Bunun qarşısının alınması üçün mexanizm hazırlanmalıdır”.

Virtualaz.org xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Aydın Hüseynov deyib.

O qeyd edib ki, bulaq suyunun həyətlərə çəkilməsi yolverilməzdir: “Qanunlara dəyişikliklər zamanı bu da nəzərə alınmalıdır. Bulaq suyundan istifadənin normaları müəyyənləşməlidir”.

Qeyd edək ki, bundan əvvəl Nazirlər Kabineti meşələrdən cır meyvələrin, dərman bitkilərinin və s. toplanmasına görə cərimələrin üç dəfə artırılması haqda qərar vermişdi. Lakin qərar geniş ictimai rezonans, etiraz doğurdu və prezident İlham Əliyev tərəfindən ləğv edildi, yəni cərimələr artırılmadı. Daha sonra meşələrin hasarlanacağı açıqlandı. İndi isə bulaqların suyundan istifadəyə qadağa qoyulması təklifi gündəmə gəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ