Gör, nə günə qalmışıq ki, ərəblər ölkəmizdə xoruzlanırlar!: Tanınmış yazıçı

Sosial şəbəkələrdə ölkəmizə gələn turistlərin biabırçı görüntüləri yayılır. Həmin fotolarda turistlərin soyunub lüt pozada şəkil çəkdirdikləri açıq-aydın görünür. Baş verənlər geniş müzakirələrə və ictimai qınağa səbəb olub. Amma bu qınaqların heç bir müsbət effekti müşahidə olunmur. Çünki bu ölkəmizdəki əcnəbi tursitlərlə, xüsusilə ərəblərlə bağlı ilk neqativ hadisə deyil. Əvvəllər də buna bənzər xoşagəlməz görüntülər, bəzi hadisələr yaşanıb.

Görəsən, ölkəmizdə belə rəzalətin yaşanması nədən qaynaqlanır?

Buta.media xəbər verir ki, baş verənlərlə bağlı "Sherg.az”a açıqlama verən yazıçı-dramaturq Seyran Səxavət olduqca sərt danışıb.

Ölkəmizdə qayda-qanunun olduğunu deyən yazıçının fikrincə, sözügedən hadisəyə mütləq müdaxilələr edilməlidir:

"Hələ sovet dönəmində tərcüməçi işləmək üçün İrana getməli idim. Moskvadan Tehrana uçmamış biz xüsusi bir sənədə imza çəkdik. Həmin sənəddə yazılmışdı ki, getdiyin ölkənin adət-ənənəsinə, xalqına hörmət etməlisən. Bəli, bəyənmədiyimiz SSRİ dönəmində belə bir qayda var idi. Məhz həmin sənədi imzalayandan sonra xarici ölkəyə buraxılırdıq.

Ərəb turistlərin ölkəmizdəki tərbiyəsizlikləri ilə bağlı əvvəllər də məlumat vermişdim. Bizə belə turizm lazım deyil. 3-5 qəpiyə görə namus-qeyrəti satmaq olmaz. Azərbaycan bizim evimizdir. Bu gün turistlərin xoşagəlməz əməlləri balaca uşağa da aydın olur. Xeyir ola ölkəmizə gələnlər burada lüt gəzməlidir?

40 il bundan öncə Azərbaycan Dövlət Neft Akademiyasında xaricdən gələn tələbələr oxuyurdu. Bir dəfə zənci turist küçədə Azərbaycan qadınına sataşmışdı. Bu hadisədən sonra azərbaycanlı oğlan həmin zəncini hündür bir ağacdan asdı. Yəni, biz bu qeyrətin adamlarıyıq. Ona görə də belə hadisələrin yaşanmasına çox pis baxıram”.

S.Səxavət qeyd edib ki, bəzi turistlər ölkəmizə milyonlarla xeyir versələr də, mənəviyyatımıza milyardlarla zərər vururlar:

"Həmin milyonları 1 aya xərcləyib bitiririk. Amma mənəviyyatımıza vurulan zərərlər bizə baha başa gəlir. Gör, biz nə günə qalmışıq ki, ərəblər ölkəmizdə xoruzlanırlar ! Bütün dünya ərəblərin bacılarının və analarının ifasındakı göbək rəqslərinə baxır. İndi 5-10 manatları var deyə gəlib Azərbaycanda özlərini "kişi” kimi aparırlar. Halbuki onların anası-bacısı bizim qabağımızda göbək rəqsləri edib. Ona görə də gedib öz qeyrətlərinin qayğısına qalsınlar”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ