Gəncədə lüks “Gelandewagen”lə “VAZ-2106” toqquşdu - foto

Gəncədə 2 saylı “ASAN xidmət” mərkəzinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Hərəkətdə olan “Mercedes-Benz Gelandewagen” markalı minik maşını VAZ-2106 markalı nəqliyyat vasitəsinə arxadan çırpılıb. Qəzadan sonra “Mercedes-Benz Gelandewagen” yoldan çıxaraq aşıb.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobil yararsız hala düşüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ