Azərbaycan prezidenti İlham Əliyev əməkdar artist Sevda Ələkbərzadəyə mənzil hədiyyə edib.
Buta.media-nın məlumatına görə, bu barədə 1news məlumat yayıb.
Sənətçi məlumatı təsdiq edib. O, dövlət başçısına minnətdarlığının bildirib.
"Cənab İlham Əliyevə hədiyyə üçün böyük minnədarlığımı bildirirəm. Diqqəti və etibarı, mənim yaradıcılıq fəaliyyətimi yüksək qiymətləndirdiyi üçün ona minnətdaram. Sevincimi dilə gətirmək üçün söz tapa bilmirəm. Bu mənim 30 illik yaradıcılıq yubileyimə ən yaxşı hədiyyədir. Çox sağ ol, cənab Prezident", - deyə S.Ələkbərzadə söyləyib.
Xatırladaq ki, Sevda Ələkbərzadə 1977-ci ildə anadan olub. İlk fəaliyyətinə “Aypara” qrupunda ifaçı kimi başlayıb.
Məşhur RAST qrupunda solist-ifaçı olub.
Azərbaycanı beynəlxalq mahnı müsabiqələrində təmsil edib. O, caz, xalq musiqisi və muğam janrlarında ifa edir.